Təhsil alan qız və qadınların ümumi sayı 1 milyon 31 min nəfəri ötüb

14:31 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Azərbaycanda məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan qız və qadınların ümumi sayı son üç ildə 14 min 139 nəfər və ya 1,4 faiz artaraq 2025-ci ildə 1 milyon 31 min 344 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, müvafiq təhsil pillələri üzrə bu göstərici 2023-cü ildə 1 milyon 17 min 205 nəfər, 2024-cü ildə isə 1 milyon 24 min 451 nəfər olub ki, bu da 2025-ci ildə əvvəlki illə müqayisədə 6 893 nəfərlik artım deməkdir.

Təhsil pillələri üzrə dinamikaya gəldikdə, ümumi təhsil müəssisələrində qız şagirdlərin sayı 2023-cü ildəki 794 min 583 nəfərdən 2025-ci ildə 785 min 383 nəfərə enərək 9 min 200 nəfər azalıb.

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində qızların sayı son ildə 54 min 916 nəfərə yüksəlib, orta ixtisas təhsili müəssisələrində təhsil alan qadın tələbələrin sayı isə 2023-cü ildə 41 min 027, 2024-cü ildə 39 min 758, 2025-ci ildə isə 41 min 980 nəfər olaraq qeydə alınıb.