Bu məktəblərdə təhsil alan qadınlar kəskin artıb

14:39 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Azərbaycanda son iki ildə təhsil sahəsində ən böyük artım dinamikası ali və peşə təhsili müəssisələrində oxuyan qadınların payına düşüb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ölkə universitetlərində təhsil alan qadınların sayı 2023-cü ildəki 118 290 nəfərdən 2025-ci ildə 135 059 nəfərə yüksəlib ki, bu da 16 769 nəfər və ya 14,2 faiz artım deməkdir.

Peşə təhsili pilləsində isə daha kəskin yüksəliş müşahidə olunub və bu sahədə təhsil alan qızların sayı üç il ərzində 8 min 563 nəfərdən 14 min 6 nəfərə çataraq 63,6 faiz artıb.

Məktəb və məktəbəqədər təhsil pillələrindəki dəyişikliklərə baxmayaraq, məhz ali və peşə təhsili müəssisələrində qadın tələbələrin sayının əhəmiyyətli dərəcədə artması ölkə üzrə təhsil alan qadınların ümumi göstəricisinə müsbət təsir göstərib.