Türkiyənin xarici borcunda tarixi rekord: Məbləğ 549,2 milyard dollara yüksəlib

14:43 - 20.11.2026


20 Noyabr, Fineko/abcnews. 2026-cı ilin üçüncü rübündə Türkiyənin ümumi xarici borc stoku əvvəlki rüblə müqayisədə 1,4% artaraq 549,2 milyard ABŞ dolları ilə rekord həddə çatıb.

Hesabat dövründə qısamüddətli xarici borclar 1,5% artımla 173,1 milyard dollar, uzunmüddətli xarici borclar isə 1,4% artımla 376,1 milyard dollar təşkil edib. Sektorlar üzrə bölgüdə dövlət sektorunun borcu 1,2% artaraq 203,8 milyard dollara, özəl sektorun borcu 1,7% artaraq 322,2 milyard dollara, Türkiyə Mərkəzi Bankının (TCMB) xarici öhdəlikləri isə 0,5% artaraq 23,2 milyard dollara yüksəlib.

Xarici borc stokunun alətlər üzrə strukturunda 46,5% ilə kreditlər ilk sırada qərarlaşıb, onu 19,7% ilə borc qiymətli kağızları və 16,8% ilə nağd valyuta və depozitlər izləyib. Valyuta tərkibinə gəldikdə isə borcun 48,9%-i ABŞ dolları, 29,1%-i avro, 12,2%-i türk lirəsi, 9,8%-i isə digər valyutalarla ifadə olunub.