Bu dövrdə istehlakçılara 315 min manat qaytarılıb

17:32 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Cari ilin ilk 10 ayı ərzində Azərbaycanda istehlakçıların hüquqlarının bərpası çərçivəsində vətəndaşlara 315 min manat məbləğində vəsaitin geri qaytarılması təmin edilib.

Bu məlumatı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda keçirilən “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” adlı tədbirdə açıqlayıb.

Şöbə müdiri hesabat dövründə 2 399 istehlakçı müraciətinin müsbət həll olunduğunu bildirərək qeyd edib ki, ümumilikdə 8 766-sı yeni, 494-ü isə ötən ildən qalan olmaqla 9 260 müraciət daxil olub.

Onun sözlərinə görə, bunlardan 6 080 müraciətə agentlikdə baxılması yekunlaşıb, 2 312 müraciət aidiyyəti orqanlara yönləndirilib, 868 müraciətin icrası isə növbəti aylarda davam etdirilib və nəticədə 41 protokol tərtib olunub.

Yusif Tapdıqlı həmçinin digər dövrün statistikasına toxunaraq əlavə edib ki, agentlikdə baxılması başa çatan müraciətlərin sayı 5 032, aidiyyəti qurumlara göndərilənlərin sayı 1 560, icrası növbəti aylara keçənlərin sayı isə 461 olub, bu proseslərdə isə 51 protokol tərtib edilib.

Müəllif: Elmir Muradov