16:10 - 19.11.2026
19 Noyabr, Fineko/abcnews. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dərc etdiyi "Gıda Görünümü" hesabatına əsasən, 2027-ci il mövsümünün sonuna qədər qlobal taxıl ehtiyatlarının 1,8% artacağı, 2026/2027 mövsümündə isə dünya taxıl ticarətinin 3,3% azalacağı gözlənilir.
Hesabatda qeyd olunur ki, ticarətdəki daralma əsasən buğda tədarükünün azalması ilə bağlıdır. Qara dəniz limanlarında (Ukraynanın Böyük Odessa limanları və Rusiyanın Azov-Qara dəniz limanları) ixrac aksamaları səbəbindən ümumi taxıl daşımaları bir il əvvəlki 7,8 milyon tondan 2026-cı ilin sentyabrında 0,5 milyon tonun altına düşüb. İxrac məhdudiyyətləri Rusiya və Ukraynada buğda ehtiyatlarının yığılmasına səbəb olur, Argentina, Avstraliya və Avropa İttifaqı isə qlobal buğda ixracında paylarını artırır.
Eyni zamanda, 2027-ci ildə qlobal düyü, 2026/27-ci illərdə isə qarğıdalı ticarətinin artacağı proqnozlaşdırılır.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026