10:39 - 17.11.2026
17 noyabr, Fineko/abc.az. Sertifikasiya imtahanından keçən müəllimlərin əməkhaqlarına tətbiq edilən 10 və 35 faizlik artım pillələri arasında aralıq faiz dərəcələrinin müəyyənləşdirilməsi gündəmə gəlib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Modern.az-a açıqlamasında bu faiz dərəcələrinə yenidən baxılmasının tərəfdarı olduğunu bildirib.
Onun sözlərinə görə, 10 faizdən birbaşa 35 faizə keçid əvəzinə, 15 və 25 faizlik aralıq pillələrin də tətbiqi müəllimlərin nəticələrinin əməkhaqlarında daha ədalətli əksini tapmasına imkan verər.
Komitə sədri vurğulayıb ki, maaş artımı müəllimin məktəbə bağlılığını və təhsilin keyfiyyətini gücləndirir. O, Elm və Təhsil Nazirliyinin də irəli sürülən təkliflərə ədalətli yanaşaraq məsələni müəllimlərin xeyrinə həll edəcəyinə əminliyini ifadə edib.
© Modern.az
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026