09:54 - 11.01.2019
11 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,86 dollar və yaxud 1,38% bahalaşıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,35 dollar təşkil edir.
10 yanvar tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti 0,23 dollar (0,44%) yüksələrək bir barelə 52,59 dollar təşkil etmişdir.
“ICE” birjasında keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 0,24 dollar (0,39%) artaraq bir barelə 61,68 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 9,09 dollara bərabərdir.