16:10 - 13.11.2026
13 noyabr, Fineko/abc.az. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə avtomobil indeksinin nəticələrinə əsasən, bazardakı təkliflərin 51,2%-i 20 000 manatdan, 22,9%-i isə 10 000 manatdan ucuzdur, 50 000 manatdan baha avtomobillərin payı isə 13%-dir. Hesabat ayında median buraxılış ili 2013-cü il (13 yaş) səviyyəsində qalsa da, median yürüş 3 000 kilometr azalaraq 190 000 kilometrə enib.
Ümumi elanların 52,2%-ni 13 yaş və daha köhnə, 16,4%-ni 3 yaşadək nəqliyyat vasitələri, 8,2%-ni isə median qiyməti 44 300 manat olan yeni avtomobillər təşkil edir, elanların 66,9%-i 23 900 manatlıq median qiymətlə Bakının, qalan hissəsi isə 12 500 manatlıq medianla Sumqayıt (6,6%) və Gəncə (4,3%) başda olmaqla bölgələrin payına düşür.
Yanacaq bölgüsündə benzin 66,7%, dizel 20,4%, hibrid və elektromobillər birlikdə 12,9% paya malikdir, elektromobillər üzrə 496 elan (1,3%) qeydə alınıb və onların median qiyməti 50 750 manatdır. Ban növündə sedanlar 43,9%, beşqapılı SUV-lar 29,6%, transmissiyada isə avtomat sürətlər qutusu 72,2% üstünlük təşkil edir. Marka reytinqində "Mercedes" (15,1%), "Hyundai" (10,9%) və "LADA" (8,8%) liderdir, Çin markalarından "Changan" (1 463 elan) doqquzuncu pillədə qərarlaşıb, BYD və "Geely" üzrə müvafiq olaraq 348 və 231 elan verilib.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
24 Noyabr 2026