Qızılın qiyməti 3 920 dollara yüksəlib

10:38 - 13.11.2026


13 Noyabr, Fineko/abcnews. İnvestorların ABŞ Federal Ehtiyat Sisteminin (Fed) uçot dərəcəsini artıracağına dair gözləntilərinin güclənməsi ilə dünən qısamüddətli olaraq son 13 ayın ən aşağı səviyyəsinə enən qızıl bu gün 1%-ə yaxın bahalaşaraq bir unsiya üçün 3 920 dollar ətrafında ticarət olunub. Lakin sonradan qazancının bir hissəsini itirən qiymətli metal 0,5% artımla yenidən 3 900 dollar həddindən aşağı geriləyib.

Son üç ticarət sessiyasında gözləniləndən yüksək inflyasiya göstəriciləri və Fed rəsmilərinin sərt pul siyasəti mesajları fonunda 6%-dən çox dəyər itirən qızıl həftəni də enişlə bağlamağa hazırlaşır.

Gümüş 1,1% bahalaşaraq 50,56 dollara yüksəldikdən sonra 50 dollardan aşağı düşüb, platin və palladium isə dəyər qazanıb.