AMB “102”yə edilən müraciətləri avtomatik banklara ötürəcək

11:06 - 25.11.2026


25 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə edilən müraciətlərin banklara ötürülməsi prosesini tam avtomatlaşdıracaq.

Bunu Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov deyib.

O bildirib ki, hazırda vətəndaşların müraciətləri quruma və banklara yarımmanual formada ötürülür.

AMB, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, banklar və elektron pul təşkilatlarından ibarət işçi qrupu ilin sonuna qədər məlumat mübadiləsini təkmilləşdirməyi planlaşdırır.

Tam avtomatlaşdırma məlumatların seqreqasiyası və hesabatların qarşılıqlı yoxlanılması (kross-çek) işini asanlaşdıracaq.