10:35 - 11.11.2026
11 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının 1 noyabr 2025-ci il – 31 oktyabr 2026-cı il dövrünü əhatə edən məlumatına əsasən, ölkədə icbari avtomobil sığortası üzrə ən yüksək şikayət indeksi “Xalq Sığorta”da (1,43) qeydə alınıb.
İndeks göstəricisinə görə sonrakı yerlərdə “Meqa Sığorta” (1,18) və “PAŞA Sığorta” (1,12) qərarlaşıb. Ən aşağı şikayət indeksi isə “Qala Sığorta”da (0,65) qeydə alınıb.
Analoji göstərici “Azərbaycan Sənaye Sığorta” və “Atəşgah Sığorta” şirkətlərinin hər birində 0,80 təşkil edib.
Qeyd edək ki, şikayət indeksi sığorta şirkətlərinin maliyyə dayanıqlılığını deyil, daxil olan şikayətlərin onların bağladıqları müqavilələr üzrə bazar payına nisbətini əks etdirir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026