DSMF ofis və arxiv sahələrinin icarəsinə 1.3 milyon manat vəsait ayıracaq

12:31 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondu ofis və arxiv sahələrinin icarəsinə 1.3 milyon manat vəsait ayıracaq.

Fondun bununla bağlı satınalmasının məbləği 1 305 840 manat təşkil edir.

Satınalma Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və Sosial sığorta departamentləri, habelə SÖTMF üçün ofis sahəsinin və binanın daxilində arxiv sahəsinin icarəsi xidmətlərini əhatə edir.

Satınalma üzrə məsul şəxs Qiyasov Alim Yusif oğludur.