11:24 - 26.10.2026
26 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 754,5 min manat vəsait daxil olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,7 % çoxdur.
Bundan başqa, 9 ayda Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 150 yeni müqavilə bağlayıb. Bunlardan 94-ü qeyri-yaşayış, 56-sı isə torpaq sahələrinə aid olub. Həmçinin 185 icarə müqaviləsinin müddəti uzadılıb.
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026