Neft ucuzlaşır: Brent neftinin barreli 114,52 dollar təşkil edir

09:35 - 26.10.2026


26 oktyabr, Fineko/abc.az. Dünyada neft qiymətləri ötən həftənin yekunlarına görə qeydə alınan artımdan sonra bazar ertəsi günü aşağı düşür.

Bakı vaxtı ilə saat 09:31-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin dekabr fyuçersləri 2,20 dollar (1,88%) ucuzlaşaraq bir barreli üçün 114,52 dollara enib. Oktyabrın 23-də keçirilən ticarət əməliyyatlarının yekununda isə onların dəyəri 3,55 dollar (3,14%) artaraq bir barreli üçün 116,72 dollara çatmışdı.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:31-ə qədər 1,96 dollar (1,90%) azalaraq bir barreli üçün 101,31 dollar təşkil edib. Cümə günü, oktyabrın 23-də baş tutan ticarətin yekununda müqavilənin dəyəri 3,80 dollar (3,82%) bahalaşaraq bir barreli üçün 103,27 dollara yüksəlmişdi.

Ötən həftənin yekunlarına əsasən, "Brent" markalı neft 6,24%, "WTI" isə 4,29% bahalaşıb.