15:04 - 27.10.2026
27 oktyabr, Fineko/abc.az. Doqquz aylıq maliyyə nəticələri banklar arasında gəlirlilik baxımından uçurumun nə qədər dərinləşdiyini aydın göstərir.
Sektordakı 21 bankdan yalnız 13-ü 10 milyon manatlıq mənfəət həddini keçə bilib.
Orta cərgədə Bank of Baku (27 milyon manat), Unibank (26,6 milyon manat), Xalq Bank (24,1 milyon manat), Ziraat Bank (21 milyon manat), Yelo Bank (17,3 milyon manat), Azər Türk Bank (15,2 milyon manat) və Premium Bank (13 milyon manat) kimi maliyyə şirkətləri qərarlaşıb.
Klassik mənzərənin əksinə olaraq, 8 bankın hər birinin xalis mənfəəti 10 milyon manatdan aşağı qalıb. Expressbank (9,9 milyon manat), Yapı Kredi Bank (9,2 milyon manat), VTB (Azərbaycan) (7,7 milyon manat) , Azərbaycan Sənaye Bankı (5,4 milyon manat), Bank Avrasiya (4 milyon manat), AFB Bank (3,6 milyon manat) , Bank Melli İranın (3,1 milyon manat) və TuranBankın (2,2 milyon manat) birgə mənfəəti cəmi 45,1 milyon manat təşkil edir.
Bu göstərici bütün bank sektorunun qazancının cəmi 4,2%-inə bərabərdir. Ən çox və ən az qazanan bank arasında 160 dəfə fərq var.
Diqqətçəkən məqam odur ki, təkcə 4-cü pillədəki Bank Respublikanın təkbaşına mənfəəti bu 8 bankın ümumi qazancından 5,2 milyon manat çoxdur.
Bu rəqəmlər kiçik və orta bankların iri oyunçularla rəqabətdə gəlirliliyi qorumaqda çətinlik çəkdiyini nümayiş etdirir.
Müəllif: Elmir Muradov
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
27 Oktyabr 2026