14:32 - 27.10.2026
27 oktyabr, Fineko/abc.az. Xəbər verildiyi kimi, Prezidentin Sərəncamı ilə Sahib Rzayev Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Yeni nazir müavini bu təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi işləyib.
S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb.
S.Rzayev 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin iyulunda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026