Adnan Əhmədzadənin həbs müddəti artırıldı

16:56 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan iş adamı Adnan Əhmədzadənin həbs müddəti daha 6 ay artırılıb.

Səbail Rayon Məhkəməsi ibtidai istintaq müddətinin uzadılması ilə əlaqədar prokurorun və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatətini təmin edib.

Qeyd edək ki, Adnan Əhmədzadə 2025-ci ilin sentyabrında həbs olunub. O, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.