Ağcabədidə məktəb tikintisinə 9,2 milyon manat xərclənəcək

14:57 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. Ağcabədidə 960 şagirdlik məktəbin tikintisinə 9,2 milyon manat ayrılır.

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Ağcabədi rayonunda yeni məktəb binasının tikintisi ilə bağlı satınalma müsabiqəsi elan edib.

Məktəb Ağcabədi rayonunun Hüsülü kəndində inşa olunacaq.

Təhsil müəssisəsi 960 şagird yerlik tam orta məktəb olacaq.

Tikinti işlərinin ehtimal olunan qiyməti 9 172 580,14 manat təşkil edir.