Azərbaycanda 9 ayda 51 milyard manatdan sənaye məhsulu istehsal edilib

15:52 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 51 milyard 178,1 milyon manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə “Əsas makroiqtisadi göstəricilərin icmalı”na istinadən xəbər verir ki, sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8% azalıb.

Müqayisə üçün, 2026-cı ilin yanvar–avqust aylarında sənaye istehsalında illik azalma 0,4% olmuşdu.