Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 900 mini ötüb

11:39 - 9.10.2026


9 oktyabr, Fineko/abc.az. 1 oktyabr 2026-cı il tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı illik müqayisədə 7,5 faiz və ya 63,2 min nəfər artaraq 900 967-yə çatıb.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, aktiv ƏDV ödəyicilərinin sayı 9,7 faiz artaraq 62 414-ə, aktiv təsərrüfat subyektlərinin sayı isə 8,2 faiz yüksələrək 247 206-ya yüksəlib.

İl əvvəlindən olan dinamikaya baxıldıqda aktiv vergi ödəyicilərinin sayında 4,8 faiz, ƏDV ödəyicilərinin sayında 6,9 faiz, aktiv obyektlərin sayında isə 6,2 faiz artım qeydə alınıb.

Bu göstəricilər ölkədə sahibkarlıq subyektlərinin fəallığının və leqallaşma prosesinin yüksələn xətt üzrə davam etdiyini göstərir.