DSK-ya yeni sədr təyin olunub

16:34 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.

Bu barədə DSK-dan bildirilib. Məlumata görə, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib.

Qeyd edək ki, Səbuhi Əliyev14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. Avqustun 24-də DSK-nın aparat rəhbəri təyin edilmişdi.

Paralel olaraq Yusif Yusifov DSK-nın sədr müavini vəzifəsindən azad edilib.