15:46 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Nəqliyyat və Logistika – Orta Dəhliz: Azərbaycanın Strateji Rolu və Tərəfdaşlıqları” mövzusundakı panel çıxışında son dörd ildə ölkənin hava məkanından tranzit uçuşların sayının artdığını və Azərbaycanın hava nəqliyyatındakı rolunun gücləndiyini bildirib.
Nazir müavini Bakı ilə Almaniya (AZAL-ın Berlin uçuşları daxil olmaqla) arasında birbaşa hava əlaqələrinin genişləndirilməsi imkanlarını vurğulamaqla yanaşı, Ələt Azad İqtisadi Zonasında Bakı Limanının yaxınlığında illik 1 milyon ton yükdaşıma gücünə malik yeni yük hava limanının tikildiyini diqqətə çatdırıb.
Bu yeni infrastrukturun dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatını vahid logistika sistemində birləşdirəcəyi qeyd olunub.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026