BFB investisiya şirkətlərinin dövriyyə reytinqini açıqlayıb — "ABB İnvest" liderdir

15:13 - 6.10.2026


6 Oktyabr, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) 2026-cı ilin yanvar-sentyabr ayları üzrə birja üzvlərinin ticarət olunan bazarlar üzrə dövriyyə statistikasını təqdim edib.

Hesabat dövründə birja əməliyyatlarının həcminə görə "ABB İnvest İnvestisiya Şirkəti" QSC 25 milyard 456 milyon 807 min manatlıq əməliyyat həcmi ilə birinci yeri tutub.

İkinci pillədə 14 milyard 779 milyon 716 min manatlıq dövriyyə ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, üçüncü pillədə isə 5 milyard 649 milyon 236 min manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC qərarlaşıb. İlk beşliyi müvafiq olaraq "İnvest-Az" (5,43 mlrd. manat) və "CPM-İnvest" (5,20 mlrd. manat) tamamlayır.

Əməliyyatların sayına görə isə 49 531 əməliyyatla "PAŞA Kapital", 24 382 əməliyyatla "ABB İnvest" liderlik edir.