14:45 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. Almaniyanın VNG AG şirkəti Azərbaycandan təbii qaz idxalının həcmini artırmaqda və SOCAR ilə 15-20 illik uzunmüddətli müqavilələrə keçməkdə maraqlıdır.
Şirkətin baş vitse-prezidenti Oliver Hill hazırda illik 2,5 TVt/saat olan idxal həcmini maksimum artırmaq istədiklərini, bunun Almaniyanın enerji təchizatını təmin edəcəyini və Azərbaycanda investisiyalara zəmin yaradacağını bildirib.
Qaz tədarükü ilə yanaşı, VNG biometan, bərpa olunan enerji, hidrogen, karbonsuzlaşdırılmış yanacaqlar sahəsində əməkdaşlıqda və Avropa İttifaqının metan emissiyaları üzrə tələblərinə uyğunlaşmada da maraqlı olduğunu vurğulayıb.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026