09:40 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin İtaliyanın "UniCredit" bank qrupunun Rusiyadakı törəmə müəssisəsinin yenidən strukturlaşdırılmasına və yaradılacaq yeni qurumun satılmasına dair fərman imzalayıb. Mövcud qanunvericiliyə əsasən, "dost olmayan" ölkələrdən olan investorlara məxsus aktivlərin ötürülməsi ilə bağlı əməliyyatlar dövlət başçısının xüsusi icazəsini tələb edir.
Razılaşdırılmış çərçivəyə əsasən, "UniCredit" Rusiyadakı biznesinin bir hissəsini Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan özəl investora satmağı planlaşdırır.
Avropanın maliyyə tənzimləyicilərinin təzyiqi fonunda atılan bu addım banka Rusiyadakı fəaliyyətini mərhələli şəkildə azaltmaq imkanı verəcək.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026