17:32 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. AZCON Holdinqin Mühasibatlıq və maliyyə nəzarəti şöbəsinin rəhbəri Toğrul İslam vəzifəsindən ayrılıb.
O, Holdinqin digər bir şirkəti olan "Bakı Metropoliteni" QSC-də Baş maliyyə direktorunun müavini təyin edilib.
Qeyd edək ki, T.İslam 2025-ci ilin iyun ayından AZCON-da sözügedən vəzifədə çalışırdı. Bundan öncə isə, yəni 2015-2025-ci illərdə "Paşa Həyat Sığorta Şirkəti" ASC-də ardıcıl olaraq sığorta müqavilələrinin hazırlanması üzrə mütəxəssis, Fərdi satışlar departamentinin mütəxəssisi, kiçik mühasib, mühasib, böyük mühasib və nəhayət Baş mühasib vəzifələrində çalışıb.
Xatırladaq ki, T.İslam üçüncü "Yüksəliş" müsabiqəsinin qalibidir.
©Plat.az
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026