16:34 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. Milli Məclisdə birinci oxunuşda qəbul edilən Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən, dövlət qulluğunda olmanın yaş həddi 65 yaş kimi müəyyən olunur.
Layihəyə görə, 65 yaşı tamam olmuş əməkdaşın qulluq müddəti öz razılığı ilə, dövlət təltifi olması və ya son üç ildə xidmətinin “əla”/“yaxşı” qiymətləndirilməsi şərtilə qurum rəhbəri tərəfindən hər dəfə maksimum bir il uzadıla bilər.
Bu uzadılma ümumilikdə 5 ildən çox ola bilməz, lakin inzibati vəzifələrin ali-üçüncü təsnifatına aid şəxslər üçün istisna tətbiq edilir.
Eyni zamanda, 65 yaşdan sonra işləməyə davam edənlərin sayı qurumdakı ştat sayının 2 faizindən (100 nəfərdən az olduqda maksimal 2 nəfərdən) artıq ola bilməz.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026