Bankların kredit portfeli 32,8 milyard manata çatdı

11:56 - 25.09.2026


25 Sentyabr, Fineko/abc.az. Azərbaycan  Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə bank sektorunun kredit portfelinə dair statistik göstəriciləri açıqlayıb.

Mərkəzi Banka istinadən xəbər verilir ki, bankların kredit portfeli ötən aya nəzərən 2,3% (728,9 mln. manat) artaraq 32 milyard 824,2 milyon manat təşkil edib.

Kredit portfelinin strukturunda əsas payı 54,3% (17 822,9 mln. manat) ilə biznes kreditləri tutub. İstehlak kreditləri portfelin 31,3%-ini (10 261,1 mln. manat), ipoteka kreditləri isə 14,4%-ini (4 740,2 mln. manat) təşkil edib.

Açıqlanan məlumatlara görə, biznes kreditləri portfeli ötən aya nəzərən 2,8% (489,9 mln. manat) artaraq 17 milyard 822,9 milyon manat olub. Biznes kreditlərinin strukturunda 54,4% (9 689,2 mln. manat) iri sahibkarlıq, 22,0% (3 925,0 mln. manat) mikro sahibkarlıq, 13,2% (2 350,2 mln. manat) orta sahibkarlıq və 10,4% (1 858,5 mln. manat) kiçik sahibkarlıq subyektlərinin payına düşüb.