Azərbaycanda valyuta alışı satışı 673 milyon dollar üstələyib - Mərkəzi Bank

11:52 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 673 milyon ABŞ dolları üstələyib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. 

Məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,7 faiz bəndi azalaraq mayda 25,8 %-ə düşüb.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin əhəmiyyətli artdığı şəraitdə AMB alışyönlü müdaxilə həyata keçirib. Cari ilin ötən dövründə qurumun valyuta ehtiyatları 32,9 % artaraq 15,3 milyard ABŞ dolları təşkil edib.