Sumqayıtdan gələn marşurutlar üçün "Avtovağzal" və "Xocəsən" stansiyalarında yeni dayanacaqlar yaradılıb

17:37 - 22.09.2026


22 sentyabr, Fineko/abc.az. Bakı–Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən müntəzəm marşrut avtobusları sərnişinlərin “Avtovağzal” və “Xocəsən” metrostasiyalarından rahat istifadə etməsi üçün bu ərazilərdə aralıq dayanacaq kimi saxlayacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən metronun “Avtovağzal” stansiyasının qarşısındakı dayanacaq 3 hissəyə ayrılaraq nişanlanıb və avtobusların əsas yola maneəsiz çıxışı üçün xüsusi hərəkət zolağı təşkil edilib.

Buradan Sumqayıt, Xırdalan, Masazır, Müşfiqabad, Hökməli, Sulutəpə, Çiçək, Binəqədi və Biləcəridən gələn 500, 503, 508, 119, 135, 142, 525A, 525B, 114A, 114B, 156, 156A, 158, 159, 170 və 83A nömrəli marşrutlar istifadə edəcək.

Lökbatan və Xocəsəndən gələn 130 və 102 nömrəli avtobuslar üçün isə aralıq dayanacaq məntəqəsi metronun “Xocəsən” stansiyası təyin olunub.