Qlobal bazarlarda S&P 500 avqust ayından bəri ən yaxşı göstəriciyə imza atdı

11:49 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. Qlobal birjalarda risk iştahı texnologiya nəhənglərinin səhmlərindəki kəskin yüksəliş hesabına yenidən bərpa olunub.

Meta Platforms-un yeni süni intellekt layihəsinin yaratdığı nikbinlik fonunda S&P 500 indeksi 1,5%, Nasdaq 100 isə 2,8% artaraq avqust ayından bəri ən yüksək günlük artımını nümayiş etdirib. "Advanced Micro Devices" (AMD) şirkətinin bazar dəyəri ilk dəfə 1 trilyon dolları keçib, bitkoin isə 86 000 dolları aşıb.

Bazarın yüksəlişinə həmçinin İran ətrafındakı diplomatik səylər fonunda "Brent" neftinin 100 dollar  civarına düşməsi təsir göstərib.

İki həftənin zirvəsinə yüksələn "MSCI All Country World" indeksi ardıcıl 4-cü günü artımla bağlayıb.

Asiya bazarlarında da çip istehsalçıları — "Samsung Electronics" və "SK Hynix" Wall Street-dəki artım dinamikasını izləyərək yüksəlişlə seçilib.