15:25 - 18.09.2026
18 Sentyabr, Fineko/abc.az. Rəqəmsal aktivlərin beynəlxalq sanksiyalardan yan keçmək üçün təhlükəsiz vasitə olması ilə bağlı iddialar son hadisələrlə özünü doğrultmur.
ABŞ Nyu-York Cənub Dairəsi Prokurorluğu İranın sanksiya altındakı neft satışından əldə edildiyi bildirilən 61 milyon dollar dəyərində rəqəmsal aktivi müsadirə etmək üçün məhkəməyə müraciət edib. İddiada İranın Çindəki "Blessed Trust" və "Hexa Whale" kimi şirkətlər şəbəkəsi vasitəsilə "Binance" birjasında 1,5 milyard dollardan çox qanunsuz neft gəlirini yuduğu bildirilir. "Binance" birjası isə istintaqla tam əməkdaşlıq etdiyini açıqlayıb.
Paralel olaraq, Polşanın dövlət neft nəhəngi "Orlen" sanksiya altında olan Venesuela neftini kriptovalyuta ödənişləri ilə almaq cəhdi zamanı təxminən 394 milyon dollar vəsait itirib.
Bu hallar göstərir ki, requlyatorların kripto əməliyyatlarına nəzarəti sərtləşdirməsi sanksiyalardan yayınmaq istəyən tərəflər üçün ciddi maliyyə itkiləri ilə nəticələnir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026