Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək  

12:28 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.