AMB-nin maliyyə qrupları üzrə konsolidasiya olunmuş nəzarət səlahiyyətləri artırılır

11:24 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Qanun layihəsi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 5-ci raund qiymətləndirilməsi hesabatında Financial Action Task Force-in (Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Maliyyə Tədbirləri Qrupu) tövsiyələri əsasında hazırlanan sənədə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) tək-tək maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da bütün qrupu əhatə edən konsolidasiya olunmuş nəzarət həyata keçirəcək.

Bu qaydalar banklar, həyatın yığım sığortası şirkətləri, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri və fondları, habelə xarici fondların nümayəndəliklərini əhatə edəcək.

Layihə çərçivəsində maliyyə qurumlarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə risk profilləri dövri olaraq qiymətləndiriləcək.