Neft bahalaşır: Brent bir barel üçün 107 dolları keçib

09:28 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarət əməliyyatlarında etalon markaların qiymətləri artmaqda davam edir.

Saat 09:24-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin noyabr fyuçersi 1,78 dollar (1,68%) bahalaşaraq bir barel üçün 107,46 dollar təşkil edib. Sentyabrın 14-də keçirilən ticarətin yekununda isə müqavilənin qiyməti 1,07 dollar (1,02%) artaraq 105,68 dollar olmuşdu.

"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" markalı neftin oktyabr fyuçersinin qiyməti saat 09:24-ə qədər 1,91 dollar (1,88%) artaraq bir barel üçün 102,69 dollara yüksəlib. Bir gün əvvəl isə müqavilənin qiyməti 1,34 dollar (1,34%) artaraq 101,39 dollar təşkil etmişdi.