ABŞ Rusiyanın "VTB Bank"ına qarşı İranla bağlı yeni sanksiyalar tətbiq etdi

09:28 - 15.09.2026


15 Sentyabr, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi İranın sanksiyalardan yayınmasına kömək etdiyi iddiası ilə Rusiyanın aparıcı maliyyə qurumlarından olan "VTB Bank"ı sanksiya siyahısına daxil edib.

Məlumatda bankın sankasiyalı İran bankları ilə müxbir hesablar açdığı, dondurulmuş milyardlarla dollarlıq İran aktivlərinin transferinə şərait yaratdığı və iki ölkə arasında rubl və riyal üzərindən ödəniş sistemləri qurduğu bildirilir.

ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, İrana verilən hər hansı maliyyə və ya texnoloji dəstəyə qarşı dözümlülük göstərilməyəcək.

Rəsmi Vaşinqton "VTB Bank" ilə əməliyyatları davam etdirən xarici maliyyə institutlarına da xəbərdarlıq edərək, ikincil sanksiya riski ilə qarşılaşmamaq üçün bu əlaqələrin dərhal kəsilməsini tələb edib.