17:29 - 11.09.2026
11 Sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənəd azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, habelə milli iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək məqsədi daşıyır.
Sərəncama əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Planda nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək və ildə bir dəfə ölkə başçısına hesabat təqdim edəcək. Tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi isə Agentliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026