14:26 - 9.09.2026
9 Sentyabr, Fineko/abc.az. Yaxın Şərqdə geostrateji gərginliyin artması və Yaxın Şərqdən neft-qaz tədarükündəki aksamalar fonunda Avropada təbii qazın qiyməti ardıcıl dördüncü seansda da yüksələrək 2023-cü ilin yanvarından bu yana en yüksək səviyyəyə çatıb.
Niderlandın TTF habında gələcək fyuçers müqavilələrinin qiyməti 2,8% artaraq 1 meqavat-saat üçün 77,98 avroya yüksəlib. ABŞ və İran arasında Basra körfəzində baş verən hərbi qarşıdurma fonunda dünya bazarında xam neftin qiyməti də 100 dollar həddini keçib.
Avropa üzrə yeraltı qaz anbarlarının doluluq səviyyəsi cəmi 67% təşkil edir ki, bu da son 5 ilin ortalama göstəricisindən (84%) kifayət qədər aşağıdır. Almaniyada isə vəziyyət daha kəskindir — ölkə anbarlarının doluluq səviyyəsi 55% təşkil edir və BMT-nin analitiklərinin fikrincə, qış mövsümü öncəsi tam hədəfə çatmaq texniki baxımdan qeyri-mümkündür. Bununla bərabər, ekspertlər fiziki qaz qıtlığı riskinin hələlik aşağı olduğunu, lakin yüksək qiymət təzyiqinin davam edəcəyini vurğulayırlar.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026