EIA Azərbaycanda 2026-cı il üzrə neft hasilatı proqnozunu sabit saxlayıb

10:27 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) "Qısamüddətli enerji perspektivi" adlı hesabatının sentyabr buraxılışında Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.

Yenilənmiş məlumatlara görə, bu il ölkədə orta gündəlik neft hasilatı 550 min barel səviyyəsində gözlənilir.

Proqnoza əsasən, ilin üçüncü və dördüncü rüblərində hasilatın sutkada 540 min barel olacağı ehtimal edilir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin orta gündəlik hasilatı 570 min barel təşkil edib (birinci və ikinci rüblərdə 570 min barel, üçüncü və dördüncü rüblərdə isə 560 min barel).