09:48 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclarda etalon markaların qiymətləri ötən günkü ciddi artımdan sonra aşağı düşür.
Saat 09:45-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin noyabr fyuçersləri 0,79 dollar (0,78%) ucuzlaşaraq bir barelə görə 100,42 dollar təşkil edib. Sentyabrın 9-da keçirilən hərracların nəticələrinə görə, müqavilənin qiyməti 3,29 dollar (3,36%) artaraq 101,21 dollar olmuşdu.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin oktyabr fyuçersləri saat 09:45-ə qədər 0,51 dollar (0,53%) azalaraq bir barelə görə 95,54 dollar təşkil edib. Sentyabrın 9-da keçirilən hərracların nəticələrinə görə, müqavilənin qiyməti 3,02 dollar (3,25%) artaraq 96,05 dollar təşkil etmişdi.
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026