Qızılın qiyməti 4 324 dollara düşdü

09:57 - 11.09.2026


11 Sentyabr, Fineko/abc.az. Cümə günü spot qızılın qiyməti 0,2% artaraq bir unsiya üçün 4 324,79 dollara yüksəlsə də, həftəlik bazarda 2%-dən çox dəyər itirərək üst-üstə 3-cü həftəni də düşüşlə başa vurmağa hazırlaşır. ABŞ qızıl fyuçersləri isə 1% ucuzlaşaraq 4 364,70 dollara geriləyib.

Qiymətlərin enməsinə ABŞ-da İstehsalçı Qiymətləri İndeksinin (ÜFE) avqustda 0,4% artmasından sonra Federal Ehtiyat Sisteminin (FED) gələn həftə uçot dərəcəsini qaldıracağı gözləntilərinin güclənməsi təsir edib. Yüksək faiz dərəcələri və dolların möhkəmlənməsi gəlir gətirməyən qızıl aktivlərinə təzyiqi artırır.

Digər tərəfdən, Yaxın Şərqdə gərginliyin artması və neftin barelinin 100 dolları keçməsi inflyasiya risklərini yüksəldir. Həftə ərzində gümüş 4%-dən çox ucuzlaşaraq 63,39 dollara, platin 1 773,93 dollara, paladium isə 1 278,51 dollara geriləyib.