09:22 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə qeydə alınan artımdan sonra, cümə günü keçirilən hərraclarda etalon markalı neftin qiymətləri aşağı düşür.
Saat 09:20-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin noyabr fyuçersinin qiyməti $0,74 (0,69%) azalaraq bir barrel üçün $106,89 təşkil edib. Sentyabrın 10-da baş tutan hərracların yekununda isə bu müqavilə $6,42 (6,34%) bahalaşaraq $107,63 olmuşdu.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" markalı neftin oktyabr fyuçersinin qiyməti saat 09:20-yə qədər $0,54 (0,53%) düşərək bir barrel üçün $101,94-ə enib. Sentyabrın 10-da keçirilən ticarətin nəticələrinə əsasən müqavilənin qiyməti $6,43 (6,69%) artaraq $102,48 təşkil etmişdi.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
11 Sentyabr 2026