Evdə hazırlanan qidaların bazara çıxışı üçün yeni qaydalar müəyyənləşdirilir

15:06 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin təsdiqlədiyi “2027–2032-ci illər üçün Dövlət Proqramı”na əsasən, 2027–2031-ci illərdə ölkədəki qida müəssisələrinin 80 faizində daxili nəzarət mexanizmi olan HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir.

Bununla yanaşı, sənəddə ev və ailə təsərrüfatlarında hazırlanan qidaların bazara çıxarılması üçün xüsusi hüquqi tənzimləmə mexanizminin yaradılması, eləcə də qanunsuz küçə ticarətinə nəzarətin gücləndirilməsi nəzərdə tutulub.