Azərbaycan məhsulları Avropa bazarına daha rahat çıxacaq

11:44 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə yeni subsidiya mexanizmi tətbiq olunur. Artıq yerli istehsalçıların beynəlxalq sertifikatlar üzrə çəkdiyi xərclərin bir hissəsi dövlət hesabına qarşılanacaq.

Əhatə olunan sertifikatlar: Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatlar.

Dəstəyin məbləği: Sertifikatın növündən asılı olaraq 7 min manatdan 36 min manatadək.

İllik saxlanılma dəstəyi: Sertifikat aktiv saxlanıldığı təqdirdə, hər il ilkin məbləğin 10%-i qədər əlavə subsidiya ödəniləcək (məsələn, 36 min manatlıq dəstək alan müəssisəyə növbəti illərdə 3 600 manat veriləcək).

Yeni qərar xüsusilə Avropa və digər yüksək tələbli ixrac bazarlarına çıxmaq istəyən yerli istehsalçıların maliyyə yükünü yüngülləşdirəcək və Azərbaycan məhsullarının xaricdə rəqabət qabiliyyətini artıracaq.