Azərbaycana gələn turistlərin xərcləri 18,3% azalıb – Ən çox vəsait nəqliyyata xərclənib

17:27 - 3.09.2026


3 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycana turizm məqsədilə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə ümumilikdə 1 milyard 553 milyon 954,3 min manat xərcləyiblər.

Rəsmi statistikaya istinadən xəbər verilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 349 milyon 035,1 min manat və ya 18,3 % azdır.

Xərclərin strukturunda ən böyük payı 699 milyon 101,9 min manatla (-20,1 %) nəqliyyat xidmətləri tutub. Digər əsas xərc istiqamətləri aşağıdakı kimi formalaşıb:

Qidalanma: 289 milyon 722,7 min manat (-17,5 %)

Yerləşmə xidmətləri: 285 milyon 466,5 min manat (-27,4 %)

Mallar və hədiyyələr: 192 milyon 902,9 min manat (+2,8 %)

İdman və əyləncə: 13 milyon 244,6 min manat (+13,1 %)

Mədəniyyət: 9 milyon 472,8 min manat (-15,7 %)

Nəqliyyat icarəsi: 2 milyon 447,8 min manat (+1,4 %)

Turizm zərfi: 721 min manat (-16,4 %)

Digər xərclər: 60 milyon 874,1 min manat (-11,7 %)