17:00 - 7.09.2026
7 sentyabr, Fineko/abc.az. Azərbaycanda daxili karbon bazarı hələ formalaşmayıb və onun yaradılması üçün zəruri infrastrukturun qurulmasına indidən başlanılmalıdır.
Bunu Bakı İqlim Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində Azərbaycan Mərkəzi Bankının (AMB) iqtisadçısı Əli Əhmədzadə bildirib.
AMB rəsmisinin sözlərinə görə, ölkə bu prosesdə beynəlxalq təcrübədən — xüsusilə Avropa İttifaqı, Çin, Qazaxıstan və Özbəkistan modellərindən faydalana bilər.
O vurğulayıb ki, daxili bazarın formalaşdırılması üçün ilk növbədə qanunvericilik bazası hazırlanmalı və karbon layihələrinin etibarlılığını təmin edən MRV (monitorinq, hesabatlılıq və verifikasiya) sistemi qurulmalıdır.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026