16:29 - 2.09.2026
2 Sentyabr, Fineko/abc.az. "Uber Technologies" şirkəti korporativ strukturun yenidən qurulması və idarəetmə səviyyələrinin optimallaşdırılması çərçivəsində qlobal işçi heyətinin təxminən 10%-ni təşkil edən 3 300 nəfəri işdən çıxarır.
"Bloomberg News"un verdiyi məlumata görə, şirkətin baş icraçı direktoru (CEO) Dara Xosrovşahi işçilərə göndərdiyi məktubda bildirib ki, son illərdəki sürətli böyümə idarəetmədə mürəkkəblik, təkrarçılıq və parçalanmış məsuliyyət zonasının yaranmasına səbəb olub.
Restrukturizasiya planı çərçivəsində menecerlərin sayı 20% azaldılacaq, kiçik heyətli komandalar ləğv ediləcək və bəzi rəhbər şəxslər sıravi mütəxəssis vəzifələrinə keçiriləcək. Şirkət, həmçinin restoran, pərakəndə satış və çatdırılma üzrə üç əməliyyat qrupunu tək bir strukturda cəmləşdirir. Əldə edilən qənaətin böyüməyə və texnologiyalara (robot taksi) yönəldiləcəyi bildirilir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026