10:26 - 19.12.2018
19 dekabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,61 dollar və yaxud 4,26% azalıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 58,60 dollar təşkil edir.
“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti 3,64 dollar (7,3%) düşərək bir barelə 46,24 dollar təşkil etmişdir.
“ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti 3,35 dollar (5,62%) enərək bir barelə 56,26 dollar təşkil etmişdir.