Qeyri-neft ixracında liderlər bəlli oldu: Qızıl birinci pillədədir

12:13 - 28.08.2026


 28 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib.

İcmala əsasən, 2026-cı ilin yanvar-iyul aylarında (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısına 239,4 milyon ABŞ dolları göstərici ilə qızıl başçılıq edib.

Siyahıda tomat (pomidor) 172 milyon dollarla ikinci, mis filizləri və konsentratları isə 152 milyon dollarla üçüncü yerdə qərarlaşıb.