Azərbaycanda aqrar və aqrar-sənaye məhsullarının ixracı 896 milyon dolları ötdü

11:57 - 28.08.2026


28 avqust, Fineko/abc.az. Azərbaycanda aqrar və aqrar-sənaye məhsullarının xarici pazarlara satışı yüksələn xətt üzrə davam edir.

 2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% artaraq 673,4 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, hesabat dövründə aqrar-sənaye məhsulları üzrə ixrac da 24,8% artaraq 223,1 milyon dollara çatıb.

Ümumilikdə, 2026-cı ilin ilk 7 ayında aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub.